0
Sunday 26 April 2020 - 09:26

Rusiya sanksiyaların dayandırılmasını istəyir

Story Code : 859040
Rusiya sanksiyaların dayandırılmasını istəyir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova koronavirusun dünyanı əsarəti altına aldığı bir zaman Amerikanın müxtəlif ölkələrə qarşı birtərəfli sanksiyalarının dayandırılması tərəfdarı olduğunu bildirdi.

Zaxarova deyib: "Rusiya BMT-nin, bir çox ölkənin koronavirusla effektiv mübarizəsini əngəlləyən birtərəfli sanksiyaların qaldırılması və ya dayandırılması çağırışını dəstəkləyir." 

Bir neçə gün öncə Rusiya Milli Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev koronavirusla bağlı hazırkı böhranlı vəziyyətdə ABŞ-ın sanksiyalarını tənqid edib və bu sanksiyaların ləğvini istəyib.

Donald Tramp ABŞ prezidenti seçildikdən sonra bu ölkənin dünya ölkələrinə sanksiyalardan istifadə edərək təzyiq göstərməsi daha da güclənib. Tramp hətta İran və 5+1 arasında əldə edilən önəmli razılaşma sənədini də yırtaraq, İran İslam Respublikasına qarşı daha çox sanksiyalar tətbiq edib. Beynəlxalq təşkilatların də dəfələrlə bildirdiyi kimi İrana qarşı sanksiyalar bu ölkənin koronavirusla mübarizəsi üçün böyük problemlər yaradır.

Hazırda bir çox məntəqə və dünya ölkəsi ABŞ-ın iqtisadi sanksiyalarına etiraz edərək bu ölkədən qeyri-insani sanksiyalara son qoymağı tələb edib.
Source : IslamTimes