QR CodeQR Code

Trampın tövsiyəsinə əməl etmək istədi, həyatından oldu

IslamTimes , 26 Apr 2020 10:54

İslamTimes: Trampın koronavirusun müalicəsi ilə bağlı tövsiyələrinin ilk qurbanı!


60 yaşındakı Qari Linus və həyat yoldaşı Vanda, anti-malyarial dərman olan balıq tankı təmizləyicisinin koronavirusdan qorunmaqda müsbət nəticə verəcəyini düşünərək bu məhlulu içdikdən sonra qəfildən pisləşiblər. Bir müddət sonra Qari Linus həyatını itirib.

Qari Linus və həyat yoldaşı Donald Trampın bir müddət öncə koronavirusun müalicəsi ilə bağlı tövsiyəsinə əməl etmək istərkən qurbana çevriliblər. Onlar Trampın Covid-19 virusunun müalicəsi üçün tövsiyə etdiyi hidroksiklorokinin əvəzinə xlorokin fosfat istifadə ediblər.

Qari Linus Arizona sakini olub. Hazırda onun xəstəxanada olan həyat yoldaşının da vəziyyəti ağırdır.

Qeyd edək ki, bir neçə gün öncə Tramp bütün dünyanı şok edən çıxışı ilə dezinfeksiyaedici maddələrin iynə ilə bədənə yeridilməsi yolu ilə müalicəni sınaqdan keçirməyi təklif etmişdi.


Story Code: 859055

News Link :
https://www.islamtimes.org/az/news/859055/trampın-tövsiyəsinə-əməl-etmək-istədi-həyatından-oldu

Islam Times
  https://www.islamtimes.org