QR CodeQR Code

Covid-19 virusunu məğlub etmək astnasında olan İrandan korona ilə mübarizədə yeni üsul

26 Apr 2020 15:44

İslamTimes: İranda koronavirusla mübarizə çərçivəsində ağ, sarı və qırmızı bölgə tətbiqinə başlanılacaq.


Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Koronavirusla mübarizə çərçivəsində tətbiq olunan qadağalar regional riskə görə müəyyən ediləcək. Əgər bir bölgədə iki həftə ardıcıl yeni yoluxma qeydə alınmaz, ölüm hadisəsi baş verməzsə, Səhiyyə Nazirliyi oranı ağ bölgə elan edəcək. Digər bölgələr isə virusun ağırlıq dərəcəsinə görə sarı və ya qırmızı elan olunacaq”, - Ruhani bildirib.

Ruhaninin sözlərinə görə, artıq ağ elan edilən bölgələrdə məscid və digər ibadətxanaların açılmasına başlanılacaq.

Qeyd edək ki, İranda indiyə qədər 90 min koronavirusa yoluxma hadisəsi qeydə alınıb və bu xəstələrdən 70 mini tam sağalaraq xəsətəxanadan evinə dönüb. 


Story Code: 859096

News Link :
https://www.islamtimes.org/az/news/859096/covid-19-virusunu-məğlub-etmək-astnasında-olan-irandan-korona-ilə-mübarizədə-yeni-üsul

Islam Times
  https://www.islamtimes.org