0
Sunday 26 April 2020 - 22:35

İşğal olunmuş ərazilərdə koronavirus qurbanların sayı 200 nəfərə çatdı

Story Code : 859149
İşğal olunmuş ərazilərdə koronavirus qurbanların sayı 200 nəfərə çatdı
"Times of Israel"-in verdiyi məlumata əsasən, işğal olunmuş Fələstin ərazilərində koronavirus səbəbindən ölənlərin sayı 200 nəfərə çatıb. Həmçinin bu virusa yoluxmuş sionistlərin sayı 15 mini ötüb.

Digər tərəfdən, virusa yoluxmuş 15300 nəfərdən 6600 nəfərinin sağlamlığına qovuşduğu, 100 nəfərin isə ağır vəziyyətdə olduğu bildirilir. Bu 100 nəfər hazırda süni tənəffüs cihazlarına qoşularaq ölümcül virusla mübarizə aparır.

Sionist rejimdə koronavirusun yayılması ilə bağlı son statistik məlumatlar açıqlanarkən bu rejim mediası sionist rejimin səhiyyə nazirinin istefa vermək qərarı haqda xəbərlər yayıb.

Son günlərdə koronavirusla mübarizə metoduna görə tənqid atəşinə tutulan işğalçı İsrailin Səhiyyə naziri Yaakov Litzman Benyamin Netanyahuya istefa vermək istədiyini söyləyib. 
Source : IslamTimes