0
Monday 27 April 2020 - 02:32

İranda 800 qram çəki ilə doğulan körpə koronavirusdan xilas olub

Story Code : 859180
İranda 800 qram çəki ilə doğulan körpə koronavirusdan xilas olub
APA-nın İranın rəsmi "IRNA xəbər" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Səhiyyə Elmləri Universitetinin Rektor müavini Mahmud Nuri məlumat verib.

Uşaq hazırda 1200 qram çəkidədir. Mahmud Nuri bildirib ki, körpənin anası da virusa qalib gəlib.

Qeyd edək ki, Çindən yayılmağa başlayan COVID-19 bu ilin fevral ayında əvvəlcə İranın Qum şəhərində insanlara yoluxub. Daha sonra bütün ölkə ərazisinə yayılan virus İranda bu günədək 5710 insanın həyatına son qoyub. Ümumi yoluxma sayı isə 90 481 nəfərdir.