0
Tuesday 28 April 2020 - 03:30

Çin: ABŞ koronavirusla bağlı nələri gizlədir?

Story Code : 859390
Çin: ABŞ koronavirusla bağlı nələri gizlədir?
Çin hökuməti ABŞ-ın rəsmi Pekinin koronavirusla bağlı yanlış məlumatlar yayması iddialarını rədd edib və əslində Vaşinqtonun virusla bağlı həqiqətləri gizlədiyini bildirib.

Çin Xarici İşlər Nazirliyi rəsmi Twitter səhifəsində yazıb: "Çin Kovid-19 pandemiyası ilə bağlı yayılan yanlış informasiyaların qurbanıdır. Həmişə yanlış məlumatlandırma kampaniyasına qarşı olmuşuq. Biz yanlış məlumatlandırma qurbanıyıq. Şübhəsiz ki, yanlış informasiya yaymaq planı və kimlərisə günahlandırmaq pandemiyaya qarşı beynəlxalq əməkdaşlıqdan daha yaxşı deyil!"

Çin Xarici İşlər Nazirliyi bu tvitdən qısa müddət sonra yeni bir tvit yazıb: "ABŞ-ın Kovid-19 virusu ilə mübarizə üsulu ilə bağlı ciddi şübhələr var. Misal üçün ABŞ-da ilk koronavirusa yoluxma faktı nə nə zaman baş verib?" ABŞ hökuməti nələrisə gizlədirmi? Niyə başqalarını günahlandırmaq istəyirlər? Amerika xalqı və beynəlxalq ictimaiyyət ABŞ hökumətindən cavab istəyir."
Source : IslamTimes