0
Tuesday 28 April 2020 - 09:10

ABŞ Çini günahlandırmaqdan əl çəkmir

Story Code : 859444
ABŞ Çini günahlandırmaqdan əl çəkmir
ABŞ iddia edib ki, Çinin koronavirusun yayılmasının qarşısını ala bilmədiyinə görə məsuliyyətə cəlb edilməsi üçün fərqli variantları nəzərdən keçirir. Söhbət böyük pullardan gedir.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Almaniya da, biz də variantları tədqiq edirik və biz almanlardan fərqli olaraq daha böyük pullardan bəhs edirik. Biz hələlik yekun qərar qəbul etməmişik. Çox ciddi araşdırma aparırıq. Zamanı gələndə sizi məlumatlandıracağıq”, - o bildirib.