0
Tuesday 28 April 2020 - 10:16

ABŞ hərbçiləri Suriyada yoxa çıxıb

Story Code : 859448
ABŞ hərbçiləri Suriyada yoxa çıxıb
Musavat.com xəbər verir ki, bu barədə yerli “SANA” agentliyi məlumat yayıb.

Agentliyin qaynaqları amerikalı hərbçlərin “Hummer” avtomobilində vilayətin şərqindəki “Əl-Ömər” neft yatağından “Əl-Tənək” yatağına doğru yönəldiklərini, onlara naməlum şəxlsər tərəfindən hücum olunduğunu bildiriblər. Avtomobil sonradan yanmış vəziyyətdə tapılsa da, hərbi qulluqçulara dair hər hansı bir izə rast gəlinməyib və hazırda onların taleləri barədə məlumat yoxdur.

“SANA” agentliyi bu ilin aprelində Deyr-əz-Zorda ABŞ hərçbilərinin, rəsmi Vaşinqtona yaxınlığı ilə bilinən “Kasad” qruplaşması ilə brlikdə apardıqları patrul xidməti zamanı hücuma məruz qaldığını xatırladıb. Həmin insidentdə ABŞ ordusunun zabiti və “Kasad”ın iki cihadçısı öldürülmüşdü.

Bu ilin fevralında Birləşmiş Ştatların Suriyada neft mədənlərini qorumaq adı altında iki baza qurmaq planı ortaya çıxıb.

Hələ ötən ilin noyabrında prezident Donald Tramp rəsmi Vaşinqtonun Suriya nefti üzərində nəzarəti saxlayacaqlarını bəyan etmişdi. Amerikalı general Mark Milli isə Deyr-əz-Zorda “Conoco” şirkətinə məxsus neft mədənlərini mühafizə edəcəklərini açıqlamışdı.