0
Tuesday 28 April 2020 - 15:59

Türkiyədə 120 dustaq koronavirusa yoluxub

Story Code : 859511
Türkiyədə 120 dustaq koronavirusa yoluxub
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül bildirib.

Onun sözlərinə görə, dustaqlar xəstəxanalarda müalicə olunurlar, onların səhhəti yaxşıdır.

Nazir qeyd edib ki, Türkiyədə təxirə salınan məhkəmə proseslərinin vaxtı 15 iyun tarixinə qədər uzadılıb.