QR CodeQR Code

Nyu-York xəstəxanasında işləyən baş həkim intihar etdi

IslamTimes , 29 Apr 2020 00:31

İslamTimes: Nyu-Yorkdakı xəstəxanalardan birində koronavirusa yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan baş hakim intihar edib


New York Post qəzetinin verdiyi xəbərə əsasən, Nyu-Yorkun Manhetten şəhərindəki Allen Xəstəxanasında baş həkim, həmçinin təcili yardım şöbəsinin müdiri olan Lorna M. Breen Covid-19 virusunun yayılmasından sonra uzun müddət xəstəxanada işlədikdən sonra intihar edib.

Amerikalı həkimin valideynləri deyir ki, qızlarından ardıcıl olaraq xəstəxanada qalması istənilirmiş. O da bir müddət bu rejimdə işlədikdən sonra intihar etdi. 

Filip Breen deyir: "Lorna xəstəxanada işlədiyi müddət ərzində özü də kovid-19 virusuna yoluxdu. Amma bir həftə yarım sonra işə qayıtdı. Lakin xəstəxana rəhbərliyi onu yenidən evə göndərdi. Onun heç zaman psixoloji problemi olmayıb. Ancaq atası ilə son dəfə danışarkən dedi ki, xəstəlikdən ölən insanları görmək dəhşətlidir, onlardan bəziləri hətta təcili yardım maşınından düşürülmədən, xəstəxanaya daxil olmadan həlak olur."

Bu günədək 56 mindən çox amerikalı koronavirus səbəbindən həlak olub. Bu ölkədə virusa yoluxmuş şəxslərin sayı 1 milyonu ötüb!


Story Code: 859615

News Link :
https://www.islamtimes.org/az/news/859615/nyu-york-xəstəxanasında-işləyən-baş-həkim-intihar-etdi

Islam Times
  https://www.islamtimes.org