QR CodeQR Code

BMT Liviyada feldmarşal Haftarın qurduğu hakimiyyəti tanımayıb

29 Apr 2020 01:14

İslamTimes: BMT Liviyada vəziyyətin nizamlanmasına dair siyasi sazişi dəstəkləyir və hərbi yolla əldə edilən hər hansı bir dəyişikliyə qarşı çıxır.


APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə Liviya Milli Ordusunun ölkədə nəzarəti ələ alması və Şirat sazişini ləğv etməsi ilə bağlı sualı şərh edərkən bildirib.

“Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim üçün Liviyada siyasi razılaşma, onun qurduğu institutlar Liviyada beynəlxalq səviyyədə tanınan yeganə idarəetmə forması olaraq qalır. Bunu BMT Təhlükəsizlik Şurasının qətnaməsi də təsdiqləyir”, - Düjarrik belə deyib.

O, əlavə edib ki: “Hər hansı bir siyasi dəyişiklik hərbi yolla deyil, demokratik şəkildə baş verməlidir”.

 


Story Code: 859617

News Link :
https://www.islamtimes.org/az/news/859617/bmt-liviyada-feldmarşal-haftarın-qurduğu-hakimiyyəti-tanımayıb

Islam Times
  https://www.islamtimes.org