0
Wednesday 29 April 2020 - 11:01

Quterreşdən çağırış: Koronadan istifadə edək!

Story Code : 859666
Quterreşdən çağırış: Koronadan istifadə edək!
Axar.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş bildirib.

Quterreş qeyd edib ki, COVİD-19 və iqlim dəyişikliyi dünya üçün iki paralel təhdiddir.

Həm epidemiya, həm də iqlim dəyişikliyi ilə mübarizə üçün cəsurcasına və uzaqgörən əməkdaşlığa ehtiyacın olduğunu vurğulayan Quterreş iqlim dəyişikliyi ilə mübarizədə hər bir təxirə salınmış addımın insanların dünyasını dəyişməsinə, iş yerlərini itirməsinə və iqtisadiyyatların zərərə uğramasına səbəb olacağını vurğulayıb:

"İstixana qazı emissiyası yeni növ koronavirus kimidir. Dünyamızı yaxşılaşdırmaq üçün nadir və qısa bir fürsət pəncərəsi açıldı. Gəlin, bu epidemiyadan hər kəs üçün daha təhlükəsiz, sağlam və daha davamlı bir dünya yaratmaq üçün istifadə edək".