QR CodeQR Code

"Yuventus"un futbolçusunun dördüncü testi də müsbət çıxdı

29 Apr 2020 18:03

İslamTimes: İtaliyanın “Yuventus” klubunun futbolçusu Paulo Dibalada yenidən koronavirus aşkarlanıb.


“Report” “Football Italia” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun müvafiq testi 4-cü dəfə müsbət nəticələnib.

Dibala hazırda daha intensiv müalicədən keçmək niyyətindədir. Çünki Turin təmsilçisi mayda məşqləri bərpa etməyi planlaşdırır. 

Argentinalı forvard antikorların olub-olmaması üçün qan analizi verəcək. Belə bir hal aşkarlansa, həkimlər daha bir müalicə kursu təyin edəcəklər.

Qeyd edək ki, İtaliya A Seriyası XXVI turdan sonra koronavirusa görə dayandırılıb. Hazırda turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir. Paulo Dibala 2015-ci ilin yayından “Yuventus”da çıxış edir. Daha öncə Turin təmsilçisinin futbolçuları Daniel Ruqani və Blez Matüidi koronavirusa qalib gəlib.


Story Code: 859733

News Link :
https://www.islamtimes.org/az/news/859733/yuventus-un-futbolçusunun-dördüncü-testi-də-müsbət-çıxdı

Islam Times
  https://www.islamtimes.org