0
Wednesday 29 April 2020 - 19:24

Yevram Yuval: Netanyahu üçün artıq yolun sonu görünüb!

Story Code : 859755
Yevram Yuval: Netanyahu üçün artıq yolun sonu görünüb!
Sionist sosioloq Yevram Yuval "Yediot Aharonot" qəzetində dərc edilən məqaləsində yazıb ki, hazırkı dönəmdə Benyamin Netanyahunun qələbəsi ilə iş bitmir. Onun üçün artıq yolun sonu görünür.

Yevran yazıb ki, işğalçı İsraildə əhalinin yarıdan çoxunun Benyamin Netanyahunu artıq siyasi arenada görmək istəmir, bu danılmaz bir həqiqətdir!

Məqalədə oxuyuruq: "Dövlət orqanları Netanyahunun əmri altında olduğu halda biz faciəvi bir şəraitdə yaşayırıq. Amma ümidsizlik çıxış yolu deyil, biz onu baş nazir postundan çıxarmaq üçün səylərimizi davam etdirməliyik...

Təkrar seçkilərin baş tutmasına rəğmən İsrail sakinlərinin yarısı onun istefa verməsini istəyir. Onlar Netanyahunu əlindəki qüdrətdən sui-istifadə edən və yalnız öz mənafei üçün çalışan biri kimi tanıyırlar."

İşğalçı İsrail rejimi baş nazirinə qarşı tənqidlər hər ötən gün daha da artır. Şənbə günü minlərlə sionist Təl-Əvivin Rabin meydanında aksiya keçirərək Benyamin Netanyahunun siyasətlərinə etiraz edib.
Source : IslamTimes