0
Thursday 30 April 2020 - 02:53

Mişel Aun: “İsrail rejimi Livanın suverenliyini və hava məkanını pozur”

Story Code : 859824
Mişel Aun: “İsrail rejimi Livanın suverenliyini və hava məkanını pozur”
Deyerler.org Mehrə istinadən xəbər verir ki, Livanın prezidenti Mişel Aun BMT-nin Livan üzrə koordinatoru Yan Kubis ilə görüşdə sionist rejimin Livanın hava məkanına etdiyi hücumları tənqid edərək, belə deyib: “İsrail rejimi Livanın suverenliyini və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qərarını pozur. Son hərəkətində onun Livan hava məkanından istifadə edərək Suriyaya hücum etməsini və Suriya-Livan sərhədlərində bir mülki nəqliyyat vasitəsini hədəfə aldığını gördük”.
M.Aun, həmçinin Livanın hal-hazırda suriyalı qaçqınlar problemi, yeni növ koronavirusun yayılması və iqtisadi vəziyyət olmaqla üç problemlə üzləşdiyini bildirib. Deyerler.org