0
Thursday 30 April 2020 - 14:26

Yəmən ordusu 1200 düşməni məhv edərək Əl-Cəvfin qalan hissəsini də azad etdi

Story Code : 859943
Yəmən ordusu 1200 düşməni məhv edərək Əl-Cəvfin qalan hissəsini də azad etdi
Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, general-mayor Yəhya Sərii Əl-Cəvf əyalətində Səudiyyə rejiminin koalisiyasının komandanlığı altındakı qoşunlara qarşı hərbi əməliyyatların başa çatdığını elan edib: “Əl-Cəvf əyalətində “Fə əmkənə minhum” (əməliyyatın adı bir Quran ayəsindən götürülüb) əməliyyatı başa çatdı və vilayətin qalan bölgələri də işğalçı və xain qüvvələrdən təmizləndi. İndiyə qədər Əl-Cəvf əyalətinin 95%-i azad edilib”.

O, əməliyyatın son mərhələsində Əl-Banat, Əl-Əqsa, Əl-Xasf bazaları ilə yanaşı, Əl-Mazariq və əl-Mahasimə yaxın ərazilərin azad edildiyini bildirib.

Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi əməliyyatın son mərhələsində düşmənin itki sayının 1200 nəfər olduğunu bildirib. Əl-Cəvf əyalətinin çöl ərazilərinin Yəməndəki Əl-Qaidə və İŞİD terror qruplaşması üçün ən vacib bazalardan biri olduğunu deyən Sərii, 3500 kvadrat kilometrlik çöl ərazisinin azad edildiyini söyləyib.

Sözçü Məarib vilayətindəki işğalçı qüvvələrin son dövrlərdə genişmiqyaslı hücumlar həyata keçirdiyini, ancaq ordu və inqilabi xalq komitəsinin müqavimətinə görə hücumların uğursuz olduğunu bildirib.

Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi koalisiyanın martın sonundan aprelin əvvəlinə qədər yalnız Cuba əyalətində (Səudiyyə rejiminin yaxınlığında) 256 hava hücumu həyata keçirdiyini bildirərək, Səudiyyə rejiminin koalisiyasının iddia olunan atəşkəsi pozmaqda davam etdiyini diqqətə çatdırıb.

“Yəmən ordusunun təcavüzkar düşməni son hücumlarını artırmasından təəssüflənməsini təmin edəcək strateji variantları var və düşmən bu hücumların nəticələrinə görə məsuliyyət daşıyacaq”, - deyə o, bildirib.