0
Thursday 30 April 2020 - 23:41

İraqda yeni kabinetə parlament etimad səsverməsi keçiriləcək

Story Code : 860017
İraqda yeni kabinetə parlament etimad səsverməsi keçiriləcək
İraqda yeni kabinetə parlament etimad səsverməsi keçiriləcək

Deyerler.org Al-Maaloumah-a istinadən xəbər verir ki, Bədr əl-Ziyadi belə bir açıqlama verib: “Siyasi qruplar nazir vəzifələrinə namizədlərin əksəriyyəti ilə bağlı Mustafa əl-Kazemi ilə razılaşmanı yekunlaşdırdılar və namizədlərin adları tamamlanıb.
 
Parlament növbəti həftəni çərşənbə axşamı günü Əl-Kazıminin kabinetinə səs verəcək. Çərşənbə axşamı günü olmasa, çərşənbə günü keçiriləcək.
 
Əlbəttə ki, daxili işlər, müdafiə və maliyyə nazirliklərinin vəzifəsinə təyinat hələ yekunlaşmayıb. Yaxın saatlarda onlarla bağlı razılıq əldə olunmasa, üç nazirliyi çıxmaq şərti ilə kabinetin tərkibi təqdim ediləcək”, - deyə Bədr əl-Ziyadi bildirib.
 
Qeyd edək ki, baş nazir Mustafa Əl-Kazımi çərşənbə günü hökumətinin planını parlament sədrinə təqdim etdiyini açıqlamışdı.
 
Source : Deyerler
Tagged
iraq
Comment