QR CodeQR Code

Məhəmməd Əli Əl-Husi: “İran Yəmənin işlərinə qarışmır”

Deyerler , 1 May 2020 02:38

İslamtimes - Yəmən Ali İnqilab Komitəsinin sədri ABŞ və Səudiyyə rejiminin İrana qarşı ittihamlarını rədd edərək Tehranın Yəmənin işlərinə qarışmamasını bildirib. Məhəmməd Əli əl-Husi Vol Strit Cornal (Wall Street Journal) agentliyinə verdiyi müsahibədə, ABŞ-ın və Səudiyyə rejiminin, Ənsarullahı maliyyələşdirməklə və silahla təmin etməklə bağlı İrana qarşı ittihamlarla əlaqədar fikir bildirib.


"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Əli əl-Husi İranın Yəmənin işlərinə qarışmamasını və Yəmənin müstəqil bir ölkə olduğunu bildirib. BMT-nin himayəsi altında hərtərəfli sülh danışıqlarının aparılmasında Yəmən hərəkatının iştirakına gəlincə, Məhəmməd Əli əl-Husi deyib: "Sülh danışıqları yalnız Səudiyyə rejiminin koalisiyası tərəfindən hərbi əməliyyatların dayandırılması və mühasirənin qaldırılacağı təqdirdə mümkün olacaq. Səudiyyə rejimi Ənsarullahın tələbləri ilə razılaşarsa, qrup sülh sazişi imzalamaq üçün Riyada getməyə hazırdır". Yəmən Ali İnqilab Komitəsinin rəhbəri, eyni zamanda Ər-Riyadın rəhbərlik etdiyi koalisiyanın elan edilmiş atəşkəs rejiminə əməl etmədiyini vurğulayıb. Səudiyyə rejiminin koalisiyası, aprelin 9-u Yəməndə iki həftəlik atəşkəs elan etdi. Hətta bir neçə saat belə ona sadiq qalmamasına baxmayaraq, aprelin 23-dən etibarən daha bir ay atəşkəs tətbiq olunduğunu elan edir. Səudiyyə rejiminin koalisiyası yalnız çərşənbə axşamı Marib və Caufun şimal əyalətlərində və Saadın şimal-qərb əyalətlərində 16 dəfə hava hücumu etmişdir.


Story Code: 860033

News Link :
https://www.islamtimes.org/az/news/860033/məhəmməd-əli-əl-husi-iran-yəmənin-işlərinə-qarışmır

Islam Times
  https://www.islamtimes.org