QR CodeQR Code

ABŞ və İsrail rejimi İraqda müqavimət liderlərinə terror hazırlayır

2 May 2020 00:04

İslamTimes: ABŞ və İsrail rejimi İraqda müqavimət liderlərinə qarşı terror hücumları planlaşdırır!


Deyerler.org xəbər verir ki, ABŞ dövlət katibinin Suriya, İordaniya və Livan üzrə müavini Timoti Pounds aprelin 29 Tvitter ilə paylaşdığı mesajında İsrail rejiminin Mossad Kəşfiyyat Xidmətinin rəhbəri Yossi Kohen ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin sədri Cina Haspelə İraqdakı Müqavimət qruplarının liderlərini aradan götürmək üçün ortaq bir əməliyyat planı hazırladığını bildirib.

İraqın Xalq Səfərbərlik Qüvvələrini (Əl-Həşduş Şəbi) Vaşinqton və Bağdad arasında strateji münasibətlər üçün əsas maneə adlandıran Timoti Pounds, ABŞ və İsrail rejiminin Livan-Suriya-İraq xəttində İran və Müqavimət təşkilatlarına qarşı çoxyönlü və əhatəli bir planı mərhələ-mərhələ həyata keçirdiyini qeyd edib.

Qeyd edək ki, Timoti Pounds ABŞ-ın İraqın Kərkük şəhərindəki sabiq konsulu olub.


Story Code: 860160

News Link :
https://www.islamtimes.org/az/news/860160/abş-və-israil-rejimi-iraqda-müqavimət-liderlərinə-terror-hazırlayır

Islam Times
  https://www.islamtimes.org