QR CodeQR Code

Ehud Barak: “İsrail Livan Hizbullahını məhv edəcək gücdə deyil”

2 May 2020 00:48

İslamTimes: İşğalçı İsrail rejiminin sabiq baş naziri Ehud Barak sionist rejimin Livanın Hizbullah hərəkatını məhv etmək gücünün olmadığını bildirib.


Ehud Barak işğalçı İsrail rejiminin Maariv qəzetinə verdiyi xüsusi müsahibəsində, Livan Hizbullahının İsrail rejimi ilə uzun illər davam edən müharibəsi vaxtı nə üçün məhv edilməməsi ilə bağlı verilən suala belə cavab verib: “Hizbullahı Livanda məhv etmək mümkün deyil. Bu hərəkat, Livan daxilində və bu ölkənin mülki örtüyü olan kəndlər içərisində həqiqi bir müqavimət hərəkatıdır. Livana girmədən və girib orada qalmadan bu hərəkəti məhv etmək mümkün deyil. Biz bunu dəfələrlə sınadıq, amma bacarmadıq”.

Hizbullahın Livandakı raket gücünə gəlincə isə, o, belə deyib: “Hizbullahın raket gücü 2006-cı illə 2019-cu il arasında kəskin şəkildə artaraq, İsrail rejiminin bütün ərazisini əhatə edən 140 min raketə çatdı”. /Deyerler/


Story Code: 860162

News Link :
https://www.islamtimes.org/az/news/860162/ehud-barak-israil-livan-hizbullahını-məhv-edəcək-gücdə-deyil

Islam Times
  https://www.islamtimes.org