QR CodeQR Code

ÜST-dan Trampa cavab - "Doğru deyil"

2 May 2020 01:48

İslamTimes: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ prezidenti Donald Trampın koronavirusun Çində bir laboratoriyada əmələ gəldiyinə dair iddiasını yalanlayıb.


Teleqraf.com xəbər verir ki, ÜST virusun insanlar tərəfindən yaradılmadığını, təbii kökənli olduğunu bəyan edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampa görə, koronavirus Çində bir laboratoriyada əmələ gəlib.

Çin hökümətinin dəstəklədiyi Uhan Virusologiya İnstitutu COVID-19 epidemiyasına səbəb olduğunu dəfələrlə inkar edib və bir çox ekspert virusun yaxınlıqdakı heyvan bazarında heyvanlardan insanlara keçdiyi ehtimalının yüksək olduğunu söyləyir.


Story Code: 860168

News Link :
https://www.islamtimes.org/az/news/860168/üst-dan-trampa-cavab-doğru-deyil

Islam Times
  https://www.islamtimes.org