QR CodeQR Code

Tramp CNN və NBC kanallarını Çinin əlaltısı adlandırdı

IslamTimes , 2 May 2020 11:40

İslamTimes: ABŞ prezidenti Donald Tramp cümə günü Twitterdə yazdığı mesajla NBC və CNN şəbəkələrini tənqid atəşinə tutub


Donald Tramp Twitterdə ​​yazıb: "CNN və NBC yollarını azıb, Çin haqqında böyük sözlər danışırlar. Onlar orada biznes qurmaq istəyən Çin əlaltılarıdır. Amerikanın yayım fəzasından istifadə edərək Çinə xidmət göstərirlər. Onlar xalqın düşmənidirlər!”

Tramp bu sözləri elə bir zamanda deyib ki, ABŞ dövlətinin yüksək vəzifəli şəxsləri ölkənin kəşfiyyat orqanlarına Çinin Vuhan şəhərindəki laboratoriyalarla koronavirus arasında əlaqə tapmaq barədə göstəriş verib.

ABŞ kəşfiyyat orqanlarının əksəriyyəti koronavirusun laboratoriya mənşəli olmasına dair əsaslı sübut olmadığını bildirirlər. Digər tərəfdən, virusun genetikasını araşdıran elm adamları böyük ehtimalla xəstəliyin heyvan mənşəli olduğunu bildiriblər.


Story Code: 860249

News Link :
https://www.islamtimes.org/az/news/860249/tramp-cnn-və-nbc-kanallarını-çinin-əlaltısı-adlandırdı

Islam Times
  https://www.islamtimes.org