0
Saturday 2 May 2020 - 11:40

Tramp CNN və NBC kanallarını Çinin əlaltısı adlandırdı

Story Code : 860249
Tramp CNN və NBC kanallarını Çinin əlaltısı adlandırdı
Donald Tramp Twitterdə ​​yazıb: "CNN və NBC yollarını azıb, Çin haqqında böyük sözlər danışırlar. Onlar orada biznes qurmaq istəyən Çin əlaltılarıdır. Amerikanın yayım fəzasından istifadə edərək Çinə xidmət göstərirlər. Onlar xalqın düşmənidirlər!”

Tramp bu sözləri elə bir zamanda deyib ki, ABŞ dövlətinin yüksək vəzifəli şəxsləri ölkənin kəşfiyyat orqanlarına Çinin Vuhan şəhərindəki laboratoriyalarla koronavirus arasında əlaqə tapmaq barədə göstəriş verib.

ABŞ kəşfiyyat orqanlarının əksəriyyəti koronavirusun laboratoriya mənşəli olmasına dair əsaslı sübut olmadığını bildirirlər. Digər tərəfdən, virusun genetikasını araşdıran elm adamları böyük ehtimalla xəstəliyin heyvan mənşəli olduğunu bildiriblər.
Source : IslamTimes