0
Saturday 2 May 2020 - 13:55

Mişel Aun: Hökumət 100 günə möcüzə edə bilməz!

Story Code : 860261
Mişel Aun: Hökumət 100 günə möcüzə edə bilməz!
Livan prezidenti bəzi partiyaların xalq etirazları ilə eyni vaxtda müxalif mövqe sərgiləməsinə görə narahatlığını ifadə edərək, son 30 ildəki idarəçiliyin nəticələrinin bir gecədə düzəldilə bilməyəcəyini bildirib.

Livan Prezidenti Mişel Aun Rusiyanın Sputnik xəbər agentliyinə verdiyi müsahibədə deyib: "Ölkədə söz azadlığı və etiraz aksiyası keçirmək hüququ qorunur, lakin qeyri-sabitlik yaranmasına izn verə bilmərik."

Prezident bəzi partiyaların aksiyalardan sui-istifadə etməsindən narahatlığını ifadə edərək bunun ölkədəki qarışıqlığın daha şiddətlənməsinə səbəb olacağını bildirib.

Livan Prezidenti ədliyyə orqanlarının korrupsiya ilə bağlı ciddi tədbirlər görməli olduğunu və qanun pozuntusuna yol vermiş vəzifəli şəxslərin tutduğu vəzifədən asılı olmayaraq mühakimə edilməli olduğunu qeyd edib.

Qeyd edək ki, ötən həftədən etibarən Livanda etiraz aksiyaları keçirilir və bəzi bölgələrdə bu aksiyalar iğtişaşa çevrilib.
Source : IslamTimes