0
Sunday 3 May 2020 - 09:36

ABŞ və rus əsgərləri üz-üzə gəldi: amerikalılar geri çəkildi

Story Code : 860418
ABŞ və rus əsgərləri üz-üzə gəldi: amerikalılar geri çəkildi
Axar.az xəbər verir ki, Rusiya hərbçiləri Suriyanın Hasekə rayonunun Qamışlı qəsəbəsində ABŞ əsgərlərinin önünü kəsib.

Məlumata görə, ABŞ hərbçilərini daşıyan 10 zirehli avtomobil Hasekədə Rümeylan-Qamışlı xətti boyunca patrul xidməti aparıb. Bu zaman Rusiya əsgərləri 9 zirehli avtomobillə Qamışlı istiqamətində hərəkət edən ABŞ əsgərlərinin önünü kəsib.

ABŞ əsgərləri Rümeylana qayıtmaq məcburiyyətində qalıb.

Eyni zamanda, bölgədə uçuşlar həyata keçirən ABŞ-a məxsus qırıcılar da bölgədən uzaqlaşıb.

Qeyd edək ki, daha əvvəl ABŞ əsgərləri rusların önünü kəsmişdi.