QR CodeQR Code

ABŞ və rus əsgərləri üz-üzə gəldi: amerikalılar geri çəkildi

3 May 2020 09:36

İslamTimes: Suriyada ABŞ və Rusiya qoşunları üz-üzə gəlib.


Axar.az xəbər verir ki, Rusiya hərbçiləri Suriyanın Hasekə rayonunun Qamışlı qəsəbəsində ABŞ əsgərlərinin önünü kəsib.

Məlumata görə, ABŞ hərbçilərini daşıyan 10 zirehli avtomobil Hasekədə Rümeylan-Qamışlı xətti boyunca patrul xidməti aparıb. Bu zaman Rusiya əsgərləri 9 zirehli avtomobillə Qamışlı istiqamətində hərəkət edən ABŞ əsgərlərinin önünü kəsib.

ABŞ əsgərləri Rümeylana qayıtmaq məcburiyyətində qalıb.

Eyni zamanda, bölgədə uçuşlar həyata keçirən ABŞ-a məxsus qırıcılar da bölgədən uzaqlaşıb.

Qeyd edək ki, daha əvvəl ABŞ əsgərləri rusların önünü kəsmişdi.

 


Story Code: 860418

News Link :
https://www.islamtimes.org/az/news/860418/abş-və-rus-əsgərləri-üz-üzə-gəldi-amerikalılar-geri-çəkildi

Islam Times
  https://www.islamtimes.org