0
Sunday 3 May 2020 - 15:07

İrandan kritik qərar - Sabahdan etibarən...

Story Code : 860453
İrandan kritik qərar - Sabahdan etibarən...
Ölkə başçısı koronavirusla mübarizə çərçivəsində az təhlükəli olduğu müəyyənləşən ağ bölgələrdə cümə namazlarının sosial məsafə saxlanılmaqla qılınacağını bildirib.

Qeyd edək ki, İran COVID-19-la mübarizə ilə əlaqədar ağ, sarı və qırmızı bölgə tətbiqini həyata keçirir. 

Qismən təhlükəli ərazilər hesab edilən 133 ağ bölgədə mayın 16-dan məktəblərin də açılacağı nəzərdə tutulub.

Qeyd edək ki, bu gün İranda uzun zamandan sonra İranda ilk dəfə 24 saat ərzində Covid-19 virusu səbəbindən həlak olanların sayı 50-dən az olub. İslam Respublikası koronavirusla ən effektiv müalicə aparan ölkələrdəndir. İranda bu günədək 97 min insan Covid-19 virusuna yoluxsa da, onların əksəriyyəti sağlamlığına qovuşub və hazırda ölkə ərazisində cəmi 12799 aktiv virus daşıyıcısı var.