QR CodeQR Code

Bu gecədən Türkiyənin 247 yaşayış məntəqəsində karantin rejimi ləğv olunur

4 May 2020 03:12

İslamTimes: Türkiyənin 54 vilayəti üzrə 247 yaşayış məntəqəsində xüsusi karantin rejimi ləğv edilib.


APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Açıqlamada, həmçinin, qeyd olunub ki, yeni növ koronovirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar aprelin 30-dan qüvvədə olan evdən çıxma qadağası bu gecə 00:00-da başa çatacaq.

Qeyd edək ki, Türkiyədə aprelin 30-dan bəri bu günədək karantin rejiminə əməl etməyən 27 min 828 nəfər cəzalanıb. 


Story Code: 860528

News Link :
https://www.islamtimes.org/az/news/860528/bu-gecədən-türkiyənin-247-yaşayış-məntəqəsində-karantin-rejimi-ləğv-olunur

Islam Times
  https://www.islamtimes.org