0
Monday 4 May 2020 - 09:33

Tramp ABŞ-da məktəb və universitetlərin sentyabrda açılmasına səy göstərdiyini bildirib

Story Code : 860570
Tramp ABŞ-da məktəb və universitetlərin sentyabrda açılmasına səy göstərdiyini bildirib
APA “Fox News”a istinadən xəbər verir ki, ABŞ lideri eyni zamanda ölkədə adi həyat tərzinin bərpa olunmasına çalışdığını deyib: "Bəli, şagird və tələbələrin dərslərinə başlamasını, həmçinin, ölkənin adi həyat tərzinə qayıtmasını istəyirəm. Bu halın qeyri-müəyyən müddətə davam etməsini istəmirəm". 

ABŞ-ın əksər ştatlarında pandemiya ilə əlaqədar hazırda yalnız mağaza və apteklərin fəaliyyət göstərdiyini deyən prezident restoran və kafelərin sifarişlərə uyğun olaraq yalnız ünvana çatdırılma xidməti göstərdiyini bildirib.

Hazırda ABŞ-da idman zalları, muzeylər, təhsil müəssisələri və kinoteatrlar bağlıdır.

Tramp əlavə edib ki, ştatlarda tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qubernatorlar qərar verə bilər: “Hər ştatda mövcud vəziyyət fərqlidir”.

Qeyd edək ki, Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da 1,15 milyondan çox insan koronavirusa yoluxub. Onların 67,6 minindən çoxu dünyasını dəyişib.