QR CodeQR Code

Rus senatordan şok: ABŞ və Çin müharibəyə başlayır

4 May 2020 09:58

İslamTimes: ABŞ-ın koronavirus pandemiyasının Çində yaradılması ilə bağlı son açıqlaması iki ölkənin müharibəyə qədəm qoyduğunu göstərir.


Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov Tvitter səhifəsində yazıb.

Puşkov bildirib ki, burada əsas məsələ Vaşinqtonun münaqişədən nə əldə edəcəyidir:

“Əsas məsələ odur ki, müharibə ABŞ-a daxili hədəfinə çatmaq üçün lazımdır. Trampın seçkilərdə qələbəsi... ABŞ hakimiyyəti "xarici düşmən" effekti yaratmağa çalışır”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo koronavirus pandemiyasının Çinin Uhan şəhərində laboratoriyada yaradılması ilə bağlı sübutlarının olduğunu açıqlayıb.
 


Story Code: 860572

News Link :
https://www.islamtimes.org/az/news/860572/rus-senatordan-şok-abş-və-çin-müharibəyə-başlayır

Islam Times
  https://www.islamtimes.org