QR CodeQR Code

Kim Çen buna görə yoxa çıxıbmış - Şok iddia

4 May 2020 19:39

İslamTimes: Şimali Koreya lideri Kim Çen İnin “ölümü” ilə bağlı xəbərləri qəsdən yaydığı iddia edilib.


Axar.az xəbər verir ki, bu barədə Avstraliyanın “Skay Nyus” telekanalının əməkdaşı Ceyms Morrov bildirib.

Jurnalist iddia edib ki, Kim Çen əslində səhhəti ilə bağlı deyil, siyasi məqsədlər üçün bir müddət aradan çıxıb:

“Şimali Koreya lideri yaxın kadrları arasında ona xəyanət etməyə hazırlaşanları müəyyən etmək üçün belə bir addım atıb. O, elit təbəqənin ölümünə necə reaksiya verəcəyini, yoxluğunda kimin önə çıxacağını və hakimiyyəti ələ keçirmək üçün nə hərəkətlər edəcəyini görmək istəyib.

İndi Kim əvvəlkindən də daha sərt və qəddar davranacaq. Şimali Koreyada yaxın zamanda həbslər başlayacaq”.


Story Code: 860667

News Link :
https://www.islamtimes.org/az/news/860667/kim-çen-buna-görə-yoxa-çıxıbmış-şok-iddia

Islam Times
  https://www.islamtimes.org