QR CodeQR Code

İŞİD ABŞ-la əməkdaşlıq edir

IslamTimes , 4 May 2020 23:28

İslamTimes: İraqın Həşd əl-Şəbi Müqavimət Hərəkatının 26-cı batalyonunun komandiri Qasimm əl-Məmuri, ABŞ ordusunun İŞİD terror qruplaşması üzvləri ilə əməkdaşlıq etdiyini bildirib.


Əl-Məmuri "Əl-Məlumə" xəbər saytına verdiyi açıqlamada deyib ki, amerikalılar himayələri altında olan İŞİD ünsürləri ilə birlikdə 2014-cü ildə istifadə etdikləri taktikadan istifadə edirlər.

Əl-Əxbar qəzeti də bu haqda yazaraq bildirib ki, ABŞ və İŞİD ünsürlərinin 2014-cü ildə Mosulun süqutu ilə nəticələnən ssenarini təkrarlayırlar.

Hazırda ABŞ qüvvələri və İŞİD Babil, Səlahiddin, Diyalə əyalətlərində təhlükəsizliyi pozaraq qarışıqlıq yaratmağa çalışır.

İraqlı komandir deyib: "Bizdə olan məlumatlara əsasən, İŞİD qruplaşması bir neçə əyalətdə, o cümlədən Babildə ABŞ-ın köməyi ilə terrorçu fəaliyyətlərini bərpa edib."

Qeyd edək ki, son günlərdə İŞİD terror təşkilatı İraqda terror əməliyyatlarına başlayıb və Həşd əl-Şəbi Müqavimət Hərəkatının 10 üzvünü şəhid edib.


Story Code: 860700

News Link :
https://www.islamtimes.org/az/news/860700/işid-abş-la-əməkdaşlıq-edir

Islam Times
  https://www.islamtimes.org