0
Tuesday 19 July 2011 - 23:08

Sionist rejimin Qafqazın işğalı planı

Story Code : 86071
Sionist rejimin Qafqazın işğalı planı
Sionist rejimin Qafqazın işğalı planı
Islam times.org/az/ - Son dövrdə Qəzzadakı cinayətlərindən sonra Orta Şərqdə nüfuzunu itirərək tək qalan İsrail, gözünü Orta Asiya Türk respublikalarına dikib. Ötən il Praqda bir araya gələn Azərbaycan prezidenti İlham Əliyev və İsrailin irqçi Evimiz Partiyasının lideri və Xarici İşlər Naziri Aviqdor Lieberman, bir sıra müzkirələr apardılar.

Sionist İsrail rejiminin “Jerusalem Post” qəzetində İsrail-Azərbaycan əlaqələri barədə məqalə yazan Aleksandr Murinson, İsrailin Azərbaycan və Qazaxıstanla olan yaxşı əlaqələrdə olduğunu xüsusi ilə vurğuladı.

Murinson, İsrailin Azərbaycan və sabiq sovetlər birliyindəki müsəlman ölkələrlə dostluq axtarışında olduğunu qeyd edərək, İsrail rəsmilərinin dəfələrlə rəsmi Bakı ilə danışıqlar apardığını xatırladıb.

Aviqdor Liebermanın sabiq Sovet respublikası olan Moldovalı olduğunu xatırladan Murinson, Liebermanın Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələriylə əlaqələrin inkişaf etdirilməsi üçün əhəmiyyətli addımlar atdığını yazır.

Liebermanın 2007-ci ildə Bakıya səfər etdiyini yazan Murinson, iki ölkə arasındakı ən əhəmiyyətli əməkdaşlığın enerji təhlükəsizliyi sahəsində olduğunu qeyd etdi. Azərbaycanın İsrailin neft ehtiyacının 20 faizini təmin etdiyini və 2008-ci ildə Azərbaycanın İsrailə 3,5 milyard dollarlıq ixracat etdiyini xatırladan Murinson, iki ölkənin əkinçilik, tibb və texnologiya sahəsində əməkdaşlıq etmək istədiklərini bildirib.

Azərbaycanın 2008 sentyabrında İsraildən hərbi sursat və silah satın almağı qəbul etdiyini ifadə edən Murinson, bu vəziyyətin Azərbaycanın Moskva və Tehrandan müstəqil bir şəkildə Qərbə yönəlmək istədiyinin göstəricisi olduğunu ortaya qoydu.

İsrailin bu bölgədəki ölkələrlə yaxşı əlaqələrdə olmasının vacib olduğunu yazan Murinson, "Xəzər bölgəsi İslami radikalizmin və nüvə yarışın olduğu bir sahəyə dönə bilər. Bu təhdidlər həm İsraili həm də bu ölkələrdəki orta sinif və dünyəvi elitaları birləşdirə bilər. Bölgənin təbii zənginliyi bu ölkələrlə əməkdaşlığı daha cazibədar edir" deyə fikir bildirib.
Translator :
Source : islamtimes
Comment