QR CodeQR Code

Moskva: ABŞ ÜST-də səsvermə hüququnu itirəcək

IslamTimes , 5 May 2020 01:33

İslamTimes: Rusiya XİN rəsmisi: ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına ayırdığı büdcəni kəsməsi ÜST-ə deyil, ABŞ-ın özünə zərbə olacaq


Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına ayırdığı büdcəni kəsməsi ÜST-ə ciddi zərbə olmayacaq, amma bu addım Vaşinqtonun Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasında səs vermək hüququnu itirməsi ilə nəticələnəcək.

Sputnik-in verdiyi məlumata görə, Pankin deyib: "Hazırda ABŞ hökumətinin qərarının Ümumdünya Səhiyyə Təşkilatına təsirini müəyyənləşdirmək çox çətindir. Şübhəsiz ki, ÜST zərər görəcək, amma bu zərbə sarsıdıcı olmayacaq!"

Diplomat əlavə edib: "Təşkilatın nizamnaməsinə əsasən ABŞ-ın ÜST-ə ödəmələri dayandırması bu ölkənin dünyada səhiyyə sahəsində ən üstün qrum olan ÜST-də səsvermə hüququnu itirməsi ilə nəticələnəcək. Buna görə də Amerikanın Ümumdünya Səhiyyə Təşkilatına yardımı tamamilə kəsəcəyini düşünmürəm. Ola bilsin ABŞ könüllü həmkarlıqlarını azaltsın."

Rus diplomat həmçinin ABŞ hökumətinin Ümumdünya Səhiyyə Təşkilatına təxminən 200 milyon dollar borcu olduğunu xatırladıb.


Story Code: 860711

News Link :
https://www.islamtimes.org/az/news/860711/moskva-abş-üst-də-səsvermə-hüququnu-itirəcək

Islam Times
  https://www.islamtimes.org