0
Tuesday 5 May 2020 - 03:02

Ağ Ev: New York Times-ın hesabatı yalandır!

Story Code : 860723
Ağ Ev: New York Times-ın hesabatı yalandır!
Ağ Ev "New York Times" qəzetində ABŞ-da koronavirusdan ölənlərin sayı ilə bağlı dərc edilən proqnozun həqiqəti əks etdirmədiyini bildirib.

"New York Times" qəzeti ABŞ hökumətinin açıqladığı statistikalara əsaslanaraq yazıb ki, gedişat iyun ayında ABŞ-da koronavirus səbəbindən ölənlərin sayının gündə 3000-dən çox olacağını göstərir. Bu indiki rəqəmlərdən demək olar ki, iki dəfə çoxdur.

Tramp dövlətini tənqid edən qəzet yazır: "Bu qədər acınacaqlı durumda dövlət ölkədə iqtisadi fəaliyyətləri bərpa etməyə çalışır!"

Ağ Ev bu gün verdiyi açıqlamada "New York Times"ın hesabatının yanlış olduğunu, həmçinin Trampın elmi araşdırmalara söykənərək ölkədə iqtisadi fəaliyyətləri bərpa etməyə çağırdığını iddia edib.

Qeyd edək ki, bu günə qədər 1,2 milyondan çox amerikalı koronavirusa yoluxub. Onlardan 69200-dən çoxu həlak olub. Tramp isə koronavirusla bağlı səhlənkarlığını Ümumdünya Səhiyyə Təşkilatının, Çinin ayağına yazmağa çalışır.
Source : IslamTimes