QR CodeQR Code

Rusiya şimalda, Çin isə cənubda güclənir - ABŞ

5 May 2020 03:34

İslamTimes: Yeni növ koronavirus (COVİD-19) epidemiyasının yayılmasına baxmayaraq, Rusiya və Çinin təhdidləri ilə üz-üzəyik.


Axar.az xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper bildirib.

"Sərhədlərimizin xaricindəki təhdidləri çox yaxşı bilirik. Çinin Cənubi Çin dənizindəki fəaliyyətinin gücləndiyini müzakirə edirik. Rusiya şimal sərhədlərimizdə Alyaskanın sahilindəki hava məkanımız yaxınlığında kəşfiyyat uçuşlarını davam etdirir. Həmçinin görürük ki, İraqda silahlı qruplaşmalar, Afrikadan Yaxın Şərqə və Əfqanıstana gələn terrorçular aktiv fəaliyyət göstərir", - Esper qeyd edib.


Story Code: 860725

News Link :
https://www.islamtimes.org/az/news/860725/rusiya-şimalda-çin-isə-cənubda-güclənir-abş

Islam Times
  https://www.islamtimes.org