0
Tuesday 5 May 2020 - 11:02

Rusiya Kim Çen İnə medal göndərdi

Story Code : 860820
Rusiya Kim Çen İnə medal göndərdi
Axar.az xəbər verir ki, bu məlumat Rusiyanın Şimali Koreyadakı səfirliyinin Feysbuk səhifəsində yerləşdirilib.

Medal Kim Çen İnə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinin əbədiləşdirilməsində göstərdiyi xidmətlərə görə verilib.

Medalın artıq səfir Aleksandr Maçeqor tərəfindən Şimali Koreya XİN-ə təqdim edildiyi bildirilib.