QR CodeQR Code

Haftara böyük dəstək: Sisi Liviyaya ordu göndərdi

5 May 2020 11:34

İslamTimes: Misir qiyamçı Haftar ordusuna dəstək məqsədilə Liviyaya hərbi qüvvə göndərib.


Məlumatda Misir qüvvələrinin Haftar ordusunun nəzarətindəki Tobruk şəhərində dislokasiya edildiyi bildirilib.

İddiaya görə, bir qrup misirli zabitin sosial şəbəkədə yayımlanan fotoları qısa müddət sonra silinib. Misir hökumətinin Liviyadakı hərbi fəaliyyətini gizli saxlamağa çalışdığı bildirilib.

BƏƏ, Səudiyyə Ərəbistanı ilə yanaşı Misir hərbi birliklərinin də, Haftar ordusu sıralarında Liviya hökumətinə qarşı döyüşdüyü istisna edilməyib.

Təsadüfi deyil ki, ötən həftə Misir Silahlı Qüvvələrinə məxsus bir helikopter Liviyada qəzaya uğramışdı. Misir tərəfi helikopterin qəzaya uğradığını iddia etsə də, Liviyanın bəzi hökumət qüvvələri onun vurulduğunu açıqlayıb.


Story Code: 860821

News Link :
https://www.islamtimes.org/az/news/860821/haftara-böyük-dəstək-sisi-liviyaya-ordu-göndərdi

Islam Times
  https://www.islamtimes.org