0
Tuesday 5 May 2020 - 23:18

Rəsmi Beyrut Almaniyaya etiraz etdi

Story Code : 860923
Rəsmi Beyrut Almaniyaya etiraz etdi
Kimsəyə sirr deyil ki, Almaniyanın Livan Hizbullah təşkilatını terrorçu kimi tanıması imperialist və sionist dairələrin sifarişidir. Rəsmi Beyrut dəfələrlə bəyanat verib ki, Hizbullah təşkilatı rəsmi təşkilatdır və Livan xalqı bu təşkilatla qürur duyur. Buna baxmayaraq, Almaniya növbəti dəfə Livan xalqının iradəsinin ziddinə gedərək Hizbullahı terrorçu təşkilat adlandırıb. Livan xarici işlər naziri Nasif Hitti Almaniyanın Livandakı səfiri Corc Birqeleni dəvət edərək, səfirə etirazını bildirib. Hizbullahın Livan Parlamentində təmsil olunan əsas təşkilat olduğunu vurğulayan Hitti Almaniya hökumətinin Livan hökumətinin iradəsinə zidd getdiyini bildirib. Səfir Hizbullahın terrorçu sayılmadığını, sadəcə Almaniyada fəaliyyətinə qadağa qoyulduğunu bildirib. Həmişəki Avropa riyakarlığı!
Source : IslamTimes