0
Wednesday 6 May 2020 - 00:33

Ruhani: "İranda koronavirusun pik dövrü geridə qalıb"

Story Code : 860941
Ruhani: "İranda koronavirusun pik dövrü geridə qalıb"
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İran Prezidenti Həsən Ruhani televiziyada çıxışında deyib.

"Ölkədə koronavirusun yayılmasına baxsaq, mart ayının sonlarında xəstəliyin pik nöqtəyə çatdığını, daha doğrusu, pik həddin martın 16-da başladığını və təxminən üç həftə davam etdiyini görərik. Hazırda vəziyyətin sabitləşməsi müşahidə olunur. Lakin hələ uzun bir yolumuz var", - deyə Prezident Ruhani bildirib.

Onun sözlərinə görə, koronavirus üçün müalicə və peyvənd tapılana qədər bəşəriyyət bu problemlə aylarla üzləşməli olacaq.