QR CodeQR Code

Adil Əbdülmehdi İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat əmrini verdi

Deyerler , 6 May 2020 02:37

İslamtimes - İraq Silahlı Qüvvələrinin sözçüsü Əbdülkərim Xələf baş nazir səlahiyyətlərini icra edən Adil Əbdülmehdinin İŞİD qalıqlarına qarşı ölkədə genişmiqyaslı əməliyyatın başladılması əmrini verdiyini söyləyib.



Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Adil Əbdülmehdinin əmrinə əsasən, İraq ordusu və əl-Həşduş Şəbi qüvvələri ölkənin bəzi bölgələrində İŞİD qalıqlarını tamamilə məhv etmək üçün hava dəstəyi və kəşfiyyat təşkilatı ilə əməkdaşlıq edərək, genişmiqyaslı əməliyyat başlatmalıdır.
 
Xələf İŞİD-in İraqa qayıtması ilə bağlı xəbərlərin şişirdildiyini və heç bir dəqiqlik olmadığını, son vaxtlarda İŞİD hədəflərinin vurulduğu bölgələrin kənd yerləri olduğunu və bu nöqtələrdə az sayda təhlükəsizlik işçisinin yerləşdiyini bildirib.
 
İraq Silahlı Qüvvələrinin sözçüsü əməliyyatın hava qüvvələri, ordu, Əl-Həşduş Şəbui, Ənbar, Əl-Cəzirə və Badiyə əməliyyat komandirləri və antiterror qüvvələrinin iştirakı ilə təşkil edildiyini və bu qüvvələrin Suriya ilə ortaq sərhədlərə doğru irəlilədiyini söyləyib.
 


Story Code: 860945

News Link :
https://www.islamtimes.org/az/news/860945/adil-əbdülmehdi-işid-ə-qarşı-genişmiqyaslı-əməliyyat-əmrini-verdi

Islam Times
  https://www.islamtimes.org