QR CodeQR Code

ABŞ senatoru: “ABŞ qoşunları Səudiyyə rejimindən çıxarılmalıdır”

Deyerler , 6 May 2020 02:44

İslamtimes - Cənubi Karolinadan olan respublikaçı senator Trampı ABŞ qoşunlarını Səudiyyə rejimindən çıxarmağa çağırıb. Respublikaçı senatorlar Kevin Kramer və Dan Sallivan ABŞ qoşunlarının və hava hücumundan müdafiə sistemlərinin Səudiyyə rejimindən çıxarılması ilə bağlı qanun layihəsinə baxılmasını təklif edib.


"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, bu qərarın qəbul edilməsi, Ər-Riyad və Moskvanın dünya yanacaq qiymətlərini sabitləşdirmək üçün, neft hasilatını azaltmağa razı olmadığı təqdirdə təklif edilir. Hazırladıqları sənəddə qeyd olunanlar, neft hasilatını azaltmaq barədə razılığa gəlinmədi təqdirdə, ABŞ qoşunlarının, “Patriot” zenit-raket sistemlərinin və “THAAD” zenit-raket sistemlərinin Səudiyyədən çıxardılaraq, Yaxın Şərqdəki başqa bir ölkədə yerləşdirilməsini əhatə edir. Bununla yanaşı, neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edilməsindən bir həftə əvvəl, ABŞ prezidenti Səudiyyə rejiminin vəliəhd şahzadəsi ilə telefon danışığında belə bir razılaşmanın həyata keçirilməyəcəyi təqdirdə, hərbi dəstəyi dayandıracağı ilə hədələyib. Trampın Məhəmməd bin Salmanı hədələmə mesajı, neft hasilatının azaltma elanından 10 gün əvvəl gəlib. Aprelin 2-də bin Salmanla telefon danışığında ABŞ prezidenti, ABŞ qoşunlarının Səudiyyə rejimindən çıxarılması ilə bağlı ABŞ millət vəkillərinə müqavimət göstərə bilməyəcəyi ilə bağlı Səudiyyə rejimini hədələyib. Neft hasilatını azaltmaq üçün qlobal danışıqlar ərəfəsində, Trampın iki ölkə arasındakı 75 illik hərbi əməkdaşlığı dayandırmaq təhdidi, Vaşinqtonun Səudiyyə rejiminə ölkəni neft hasilatını azaltmağa inandırmaq üçün təzyiqlərinin mərkəzində idi. Bununla belə, neft hasilatının azalması, neft bazarının sabitləşməsinə və koronavirus pandemiyası səbəbindən neftə olan tələbatın düşməsinə, qara qızılın qiymətinin 20 ildəki ən aşağı səviyyəyə qədər enməsinə kömək etmədi.


Story Code: 860947

News Link :
https://www.islamtimes.org/az/news/860947/abş-senatoru-qoşunları-səudiyyə-rejimindən-çıxarılmalıdır

Islam Times
  https://www.islamtimes.org