QR CodeQR Code

“Rusiyaya kömək etməyə hazırıq” - Vəliəhd şahzadə

6 May 2020 14:12

İslamTimes: Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Əbu-Dabinin vəliəhd şahzadəsi şeyx Məhəmməd bin Zayed əl-Nəhyanla telefon danışığı aparıb.


Teleqraf.com xəbər verir ki, şeyx bu zaman koronavirus infeksiyası ilə mübarizədə Rusiyaya kömək etməyə hazır olduqlarını bildirib.

“Hörmətli şeyx COVID-19 pandemiyası ilə əlaqədar Rusiyanın qarşılaşdığı mürəkkəb vəziyyətdən xəbərdar olduqlarını qeyd etdi. O, kömək təklif etdi və ölkəmizin, xüsusən Çeçenistan Respublikasının nəyə ehtiyacı olduğunu soruşdu. Şeyx də həyata keçirilən məcburi məhdudlaşdırıcı tədbirlərin effektivliyini qeyd etdi. O, böhranın tezliklə aradan qaldırılacağına və ölkədə epidemioloji vəziyyətin normallaşacağına ümid etdiyini söylədi”, – deyə Kadırov “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb.


Story Code: 861065

News Link :
https://www.islamtimes.org/az/news/861065/rusiyaya-kömək-etməyə-hazırıq-vəliəhd-şahzadə

Islam Times
  https://www.islamtimes.org