0
Wednesday 6 May 2020 - 21:45

Çin: ABŞ Pekini gözdən salmaq üçün ölkələrə təzyiq göstərir

Story Code : 861127
Çin: ABŞ Pekini gözdən salmaq üçün ölkələrə təzyiq göstərir
Çin Xarici İşlər Nazirliyinin sözçüsü xanım Hua Chunying Tvitter hesabında yazıb: "Birləşmiş Ştatlar Çini gözdən salmaq üçün kampaniyaya qoşulmaq üçün digər ölkələrə təzyiq göstərir. Burada mövzu ABŞ və Çin arasında seçim etmək deyil, söhbət yalanlar və həqiqətlər arasında seçim etməkdən gedir. ABŞ digər ölkələri zorla, quldurluqla birtərəfli həmkarlığa çəkmək istəyir. 
 
Çinli diplomat ölkəsinin koronavirusa qarşı peyvənd hazırlanması kampaniyasına qoşulduğunu da qeyd edib.

Öncə də xəbər verildiyi kimi bir neçə gün öncə ABŞ xarici işlər naziri Mayk Pompeo koronavirusun yayılması böhranından sui-istifadə edərək bir daha Çini günahlandırıb. Pompeo deyib ki, Çin dünyada yüz minlərlə insanın ölümünün qarşısını ala bilərdi."

Pompeo daha sonra koronavirusun Çinin Vuhan şəhərindəki bir laboratoriyadan sızdığına dair sübutlar olduğunu iddia etmişdi. Onun bu iddiası bir halda irəli sürülüb ki, ABŞ kəşfiyyat orqanları virusun süni şəkildə hazırlandığına dair və ilk olaraq haradan yayıldığı ilə bağlı heç bir dəlil olmadığını bildirib.
Source : IslamTimes