QR CodeQR Code

Maduro ABŞ agentlərinin pasportlarını televiziyada nümayiş etdirdi

IslamTimes , 7 May 2020 00:35

İslamTimes: Nikolas Maduro onu qaçırmağa gələn ABŞ agentlərinin pasportlarını televiziyada nümayiş etdirib


Sputnik xəbər agentliyinin verdiyi məlumata əsasən, bir neçə gün öncə Venezuelada saxlanılan şəxslər prezident Nikolas Maduronu oğurlayaraq təyyarə ilə ABŞ-a aparmağı planlayırmışlar.

Bazar ertəsi Venezuela prezidenti Nikolas Maduro bildirib ki, ona qarşı son hərbi əməliyyatda iştirak edən iki ABŞ vətəndaşı həbs olunub.

Dövlət televiziyasında danışan prezident deyib: "Təhlükəsizlik qüvvələri Karaib sahillərindən ölkəyə daxil olan 13 terroristi zərərsizləşdirdi. ABŞ-la həmkarlıq edən bu terrorçular prezidentə qarşı əməliyyat keçirmək göstərişi almışdılar..."

Venezuela rəsmilərinin bildirdiyinə görə hərbi əməliyyat zamanı səkkiz nəfər həlak olub, daha bir neçə nəfər isə həbs olunub.

Maduro televiziyadakı çıxışı zamanı amerikalı casusların pasportlarını və digər vəsiqələrini göstərərək, onlardan birinin Arian Berri digərinin Luk Denman olduğunu bildirib. Hər iki ABŞ agenti hazırda həbsxanadadır. Maduronun sözlərinə görə onlar birbaşa keçmiş ABŞ xüsusi təyinatlısı olan Cordan Qodrio ilə əlaqədə olublar.


Story Code: 861153

News Link :
https://www.islamtimes.org/az/news/861153/maduro-abş-agentlərinin-pasportlarını-televiziyada-nümayiş-etdirdi

Islam Times
  https://www.islamtimes.org