0
Thursday 7 May 2020 - 09:37

Maduronu devirmək istəyən lider ölkədən qaçır?

Story Code : 861206
Maduronu devirmək istəyən lider ölkədən qaçır?
Axar.az xəbər verir ki, bunu Venesuela Vahid Sosialist Partiyasının Birinci vitse-prezidenti Diosdado Kabello bildirib.

Kabello ABŞ diversantlarının həbsindən sonra Quaidonun sığınacaq almaq üçün Avropa ölkələrindən birinin səfirliyinə çamadanlarını göndərdiyini söyləyib:

"Xuan getmək istədiyi səfirliyi seçdi, bu, bir Avropa ölkəsinə aiddir. Mənim nələr barədə danışdığımı o da bilir. Hətta oraya çamadanlarını da göndərdi. Nələr olacağını görəcəyik".