QR CodeQR Code

Maduronu devirmək istəyən lider ölkədən qaçır?

7 May 2020 09:37

İslamTimes: Venesuelada ABŞ tərəfindən dəstəklənən parlament spikeri Xuan Quaido Avropa ölkələrindən birinin səfirliyinə sığınacaq.


Axar.az xəbər verir ki, bunu Venesuela Vahid Sosialist Partiyasının Birinci vitse-prezidenti Diosdado Kabello bildirib.

Kabello ABŞ diversantlarının həbsindən sonra Quaidonun sığınacaq almaq üçün Avropa ölkələrindən birinin səfirliyinə çamadanlarını göndərdiyini söyləyib:

"Xuan getmək istədiyi səfirliyi seçdi, bu, bir Avropa ölkəsinə aiddir. Mənim nələr barədə danışdığımı o da bilir. Hətta oraya çamadanlarını da göndərdi. Nələr olacağını görəcəyik".


Story Code: 861206

News Link :
https://www.islamtimes.org/az/news/861206/maduronu-devirmək-istəyən-lider-ölkədən-qaçır

Islam Times
  https://www.islamtimes.org