QR CodeQR Code

Vilyam Hacıyevin gizlətdiyi pullar - Şok görüntülər

7 May 2020 12:36

İslamTimes: 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında DTX İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.


Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə DTX-nin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.


Story Code: 861258

News Link :
https://www.islamtimes.org/az/news/861258/vilyam-hacıyevin-gizlətdiyi-pullar-şok-görüntülər

Islam Times
  https://www.islamtimes.org