0
Thursday 7 May 2020 - 15:44

Sionist rejim işğal edilmiş ərazidə əlavə 7 min mənzilin inşasına qərar verdi

Story Code : 861308
Sionist rejim işğal edilmiş ərazidə əlavə 7 min mənzilin inşasına qərar verdi
Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, “Jerusalem Post” qəzeti işğalçı İsrail rejiminin müdafiə naziri Naftali Bennettin İordan çayının qərb sahilinin cənubundakı qeyri-qanuni Efrat sionist məskunlaşma məntəqəsində 7000 əlavə mənzilin inşasını təsdiqlədiyini xəbər verib.

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) liderlərindən və deputat Fəthi Əl-Karavi İsrail rejiminin işğal altındakı Əl-Xəlil şəhərində yerləşən Həzrət İbrahim (ə) məscidinin yaxınlığında olan qeyri-qanuni sionist məskunlaşma yerinə 7000 əlavə mənzil inşa edilməsinin təsdiq olunmasının İslami dəyərlərə qarşı təhlükəli bir hücum olduğunu qeyd edərək, sözügedən qərara sərt reaksiya verib.

Karavi yeni sionist məskunlaşma yerlərinin inşa edilməsinin çox böyük təhdidlərin bir hissəsi olduğunu vurğulayaraq, imperialist ABŞ-ın birbaşa dəstəyinə güvənən İsrail rejiminin yaxın bir vaxtda İordan çayınınqərb sahilini ilhaq qərarını tətbiq etməyə hazırlaşdığını vurğulayıb.

Fələstində parçalanmaların bitməyəcəyi və ərəb ölkələrinin İsrail rejimi ilə münasibətlərin normallaşma prosesini tərk etməyəcyi təqdirdə Fələstin iddiasının böyük bir böhranla qarşılaşacağını söyləyən Karavi, bütün müsəlmanları, xüsusən fələstinliləri işğalçı İsrail rejiminə qarşı birləşməyə və ən qısa müddətdə aktual addımlar atmağa dəvət edib.