QR CodeQR Code

Le Monde: “3000 İŞİD terrorçusu Suriyadan İraqa keçdi”

7 May 2020 17:02

İslamTimes: Fransanın Le Monde qəzeti İraqın şimal-şərqində Suriyadan gələn təxminən 3000 İŞİD yaraqlısının olduğunu yazıb.


Deyerler.org YDH-yə istinadən xəbər verir ki, qəzet terror təşkilatı İŞİD-in azad edilmiş bölgələrdə özlərinə bağlı yuvaları yenidən formalaşdırdığını açıqlayıb.

Le Monde qəzetinin xəbərinə görə, bu yaraqlılar İraq və Suriya arasındakı 600 kilometrlik səhranın sərhədinə gələn silahlı yaraqlıların bir hissəsidir.

Qəzet mart ayının sonuna qədər İraqın Ənbar vilayətində və İordaniya ilə Suriya sərhədindəki İŞİD nüvələrinin fəaliyyətlərinin gücləndiyini də bildirib.

İki gün əvvəl Suriyanın SANA Xəbər Agentliyi ABŞ-ın Suriya həbsxanalarından bəzi İŞİD yaraqlılarını İraqdakı bazasına köçürdüyünü açıqlamışdı.

İraqın Ən-Nucəba hərəkatı da ABŞ-ın İŞİD terrorçularını Suriyadan İraqa helikopterlərlə köçürdüyünə dair videokadrlar paylaşmışdı.


Story Code: 861312

News Link :
https://www.islamtimes.org/az/news/861312/le-monde-3000-işid-terrorçusu-suriyadan-iraqa-keçdi

Islam Times
  https://www.islamtimes.org